Bravo marketlər şəbəkəsi üçün Əlaqə Mərkəzi idarəetmə sistemi

Bravo marketlər şəbəkəsi üçün Əlaqə Mərkəzi idarəetmə sistemi

Texnologiyalar

MySQL, PHP, Vue.js, Freeswitch

Sənayelər

Hal-hazırda müxtəlif iş sektorları üçün ən böyük problemlərdən biri müştərilərin cəlb edilməsi və saxlanmasına bilavasitə təsir göstərən zənglərin effektiv idarə edilməsidir.

Azərbaycanda uyğun qiymətlərlə ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satış sektorunda ixtisaslaşmış ən etibarlı markalardan biri sayılan Bravo, Əlaqə Mərkəzində bir sıra problemlər ilə üzləşmişdi. Bu səbəbdən, bütün zənglərin idarəetmə prosesini sadələşdirmək və avtomatlaşdırmaq üçün güclü bir Əlaqə Mərkəzi İdarəetmə Sistemini təyin etmək zəruriyyəti yaranmışdır.

Bizim təklifimiz nədən ibarət idi?

Proqram təminatı inkişafı sahəsində fəaliyyət göstərən şirkət olaraq Bravo marketlər şəbəkəsindəki əlaqə mərkəzi problemlərini həll etmək üçün özünəməxsus sistemimizi irəli sürdük. Başlanğıc üçün iş prosesini yerindəcə fərqli bucaqlardan analiz etdik və ardınca iki mərhələdən ibarət bir həll təklif etdik. 

İlkin mərhələdə daxil olan zənglərin qeydiyyatı, statistikası, analizi, üzərində aparılan lazımi hesabatları və digər proseslərin gedişatı zamanı yaranan çətinlikləri aradan qaldırmaq üçün Əlaqə Mərkəzi proqramının quraşdırılmasını təklif etdik. Daha sonra fərqli kanallardan (Facebook, Email, WhatsApp) daxil olan bütün müraciət formalarının qeydiyyatı və həlli üçün inkişaf mərhələsində olan OmnioApp-dan istifadə etmək təşəbbüsünü irəli sürdük.

Proqramımızın çevik olduğunu nəzərə alaraq, quraşdırılma prosesi bitdikdən sonra belə müştərinin zəruri hesab etdiyi bəzi funksiyaları əlavə etmək qərarına gəldik. Hələ sistemə artırılacaq bəzi yeni xüsusiyyətlərin mövcud olmasına baxmayaraq, bu zamana qədər əldə edilən nəticələrin müştəri məmnuniyyətinə müsbət bir şəkildə birbaşa təsir etdiyini söyləmək olar.

Təcrübələrimiz

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!